Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:56

Şimali Koreya nüvə fəaliyyətini dayandırmağa razılaşıb


ABŞ-dan yayılan xəbərə görə Şimali Koreya uranın zənginləşdirilməsi və uzaq mənzilli raketlərin sınağına qoyulan moratoriumun icrasına razılaşıb.

Dövlət Departamentinin sözçüsü Victoria Nuland bildirir ki, Şimali Koreya rəhbərliyi həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin onun nüvə obyektlərinə baş çəkməyinə də razıdır.

Fevralın 29-da yayılan məlumatda qeyd edilir ki, ABŞ və Şimali Koreya rəsmiləri bu kasıb ölkəyə 240 000 ton ərzaq verilməsi barədə danışıqları da yaxınlarda yekunlaşdıracaqlar.
XS
SM
MD
LG