Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:26

Bakıda “Fransa incəsənəti” sərgisi keçiriləcək


Azərbaycan Milli İncəsənət Muzeyində “Fransa incəsənəti” sərgisi keçiriləcək.

APA-nın məlumatına görə, sərgi martın 10-dan mayın 6-dək davam edəcək.

Sərgidə Luvr, Orse, Versal, Pompidu, Marsel və Lionda yerləşən məşhur muzeylərdə toplanmış sənət əsərləri nümayiş olunacaq.

Sərgiyə gələnlər Edqar Deqa, Roden, Anri Matiss, Tuluz Lotrek, Jan Simeon Şardin, Ejen Delakrua, Rene Lalik, Ogüst Renuar və başqalarının əsərlərini görə biləcəklər.

Ekspozisiya 17-18-19-cu əsrlər və müasir dövr üzrə bölmələrə ayrılacaq.

Hər zal mərhələlərdən asılı olaraq müxtəlif rənglərə boyanacaq.

Hər dövrün, hər zalın həm də özünəməxsus musiqisi olacaq.

Məqsəd iştirakçılara əsl fransız incəsənətini, ruhunu hiss etdirməkdən ibarətdir.

Sərgidə 400-ə yaxın əsərin təqdim olunacağı xəbər verilir.

Nə bilmək olar? Bəlkə də, bu sərginin keçirildiyi vaxlarda Bakıda sənət növbəsinin yarandığının şahidi olacağıq?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG