Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10
Əfsanəvi Hollivud ulduzu Marilyn Monroe 65-ci Beynəlxalq Kann festivalının simvolu olacaq.

Bu xəbəri festivalın rəsmi saytı yayıb.

Bu ilin avqustunda aktrisanın dünyadan köçməsinin 50 ili tamam olacaq.

Marilyn Monroe cəmi 36 yaşında - 1962-ci il avqustun 5-də Los-Ancelesdəki evində ölü tapılıb.

İlk vaxtlar onun həddindən artıq yuxu dərmanı qəbul etdiyi üçün öldüyü versiyası irəli sürülüb.

Daha sonra ölümün cinayət olduğu da önə çəkilib.

Heç bir şey sübut olunmadığından, fikir ayrılıqları hələ də davam edir.

Onun haqqında sənədli və bədii filmlər çəkilir.

O sanki yaşayırmış kimi “Ən yaxşı...” müsabiqələrinin qalibi seçilir.

Adına mahnılar yazılır.

"Ölümündən 50 il sonra da Marilyn dünya kinosunun ən önəmli fiqurlarından biri, bütün zamanların gözəllik ilahəsi olaraq qalır. Onun zərifliyi, sirliliyi və cəzb etmək bacarığı bu gün də tamaşaçıları fəth edir”.

Festivalın təmsilçiləri bu fikirdədirlər.

Festivalın saytında kinofestivalın posteri də yer alıb.

Posterdə Marilyn bayram tortunun şamını söndürür.

Xatırladaq ki, 65-ci Beynəlxalq Kann festivalı bu ilin 16-27 may tarixlərində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG