Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

Naxçıvanda polis enerji israfçılığına qarşı tədbirləri gücləndirib


19 YANVAR 1990-CI İLDƏ NAXÇIVAN MSSR ALİ SOVETİ SSRİ-NİN TƏRKİBİNDƏN ÇIXMAQ BARƏDƏ QƏRAR QƏBUL EDİB
Şərq Qapısı
19.01.2012
Sayı: 11 (20.416)

1990-cı il yanvar ayının 19-da Naxçıvan MSSR Ali Sovetinin SSRİ-nin tərkibindən çıxmaq barədə qəbul etdiyi qərar müstəqilliyə gedən yolda atılan ilk addımlardan biri idi. Hələ Sovetlər Birliyinin yaşadığı dövrdə onun dağılmasına ilk zərbəni vurmağı heç bir xalq, heç bir müttəfiq respublika və ya muxtar respublika yox, məhz naxçıvanlılar cəsarət etmişdilər...
...Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar ümummilli liderimizin ölkəmizə rəhbərliyinin birinci dövründə həyata keçirdiyi tədbirlərlə Azərbaycan xalqına aşıladığı cəsarətdən, müstəqillik ideyalarından qaynaqlanırdı. Bunun başqa bir səbəbi isə görkəmli dövlət xadimi Heydər Əliyevin yetişdirdiyi milli kadrlarla bağlıdır...
...Əgər ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə azərbaycanlıların əzmkarlığından yoğrulmuş çox möhkəm bir müdafiə qatının – cəsarətin, milli düşüncənin oyanmasına, formalaşmasına zəmin yaratmasaydı, 1990-cı ildə nə Naxçıvan qorunar, nə də həmin tarixi qərar qəbul olunardı.
2011-Cİ İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLİR
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 2011-ci ilin yekunlarına dair keçirilən kollegiya iclasında daxili işlər naziri, polis general – leytenantı Əhməd Əhmədov çıxış edərək Daxili İşlər Nazirliyinin yaradılmasının 88-ci ildönümü münasibətilə polis əməkdaşlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin adından təbrik etmişdir.
Nazir 2011-ci ildə görülən işlərin təhlilini verərək bildirmişdir ki, bu dövrdə dövlət və xüsusi mülkiyyətdə olan əmlakın etibarlı mühafizəsi, təbii sərvətlərimizin, flora və faunamızın qorunması, elektrik enerjisindən, təbii qazdan israfçılıqla istifadə olunmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər gücləndirilmişdir...
...8 nəfərə fəxri fərman, 10 nəfərə “əla xidmətlərinə görə ” döş nişanı, 277 nəfərə pul mükafatları verilmişdir.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Böyük Britaniya səfiri Naxçıvan Dövlət Universitetində
- Ötən il 2566 nəfər vətəndaş işlə təmin edilib
- Milli iftixar günü
- Yoldaşlıq görüşü
XS
SM
MD
LG