Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:47

Iranda Nizaminin “Xosrov və Şirin” poemasını senzura edəcəklər


Iranda dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını senzura edəcəklər.

İranın Mədəniyyət və Dini Qaydalar Nazirliyi bildirib ki, poemanın bəzi hissələri yenidən işlənməlidir.

Bu günlərdə ölkə nəşriyyatlarından biri nazirliyə müraciət edərək poemanın 8-ci dəfə nəşri üçün icazə istəyib (İranda hər bir kitabın çapına rəsmi icazə olmalıdır) və ona bu cavab verilib.

Bu təkcə nəşriyyat yox, İran cəmiyyətində bir çoxları üçün gözlənilməz olub.

Çağdaş İran poeziyasının ən tanınmış nümayəndələrindən olan Simin Behbahani deyib ki, “Poema 9 əsrdir yazılıb və... iranlılar da bu 9 əsr ərzində müsəlman olaraq qalıblar.

Heç kim “Xosrov və Şirin” poemasına etiraz etməyib, onun hansısa hissələrini senzura etmək haqqında düşünməyib...

Əgər düşünsəydi, indiyə poemadan heç nə qalmazdı. Poemanı senzura etmək haqqında danışanlar utanıb xəcalət çəkməlidir!”


İ
Simin Behbahani
Simin Behbahani
ranın Mədəniyyət və Dini Qaydalar Nazirliyi hələ ki poemanı niyə senzura etmək istədiyini açıqlamayıb.

Məlumata görə, nazirliyi narazı salan məqamlardan biri Şirinin kişi meyitini qucaqlamasıdır.

Bu onun qətlə yetirilmiş ərinin meyitidir. Poemanın bu məqamı Şirinin əsərin sonunda niyə intihar etməsini aydınlaşdıran məqamdır.

Görünür bu məsələ də senzorları qətiyyən narahat etmir.

Almaniyada mühacir həyatı yaşayan Faraj Sarkouhi deyir ki, İran senzorları əsərlərdəki məhəbbət səhnələrini cəmiyyət üçün təhlükə kimi görürlər. Bununla da klassika, yaxud müasir əsər olmasından asılı olmayaraq İranı “ədəbiyyat üçün cəhənnəm”ə çevirirlər.


Şirinin Xosrovun məqbərəsində özünü öldürməsi (Poemanın Azərbaycan dilinə tərcüməsindən):

...Möbidlə danışıb son vida üçün
Girdi məqbərənin içinə Şirin.
Qapını bağladı, qoy görməsinlər,
Yanaşdı tabuta əlində xəncər.
Götürdü örtüyü, tapdı yaranı,
Əyildi bir dəfə öpdü yaranı.
Yaranın yerini öyrənən pəri
O yerdən döşünə vurdu xəncəri.
Yatağı doldurdu isti, al qanı,
Təzələdi şahda кöhnə yaranı.
Şahı qucaqlayıb düşdü yatağa,
Döş-döşə dayandı, dodaq-dodağa.
Sonradan ucaltdı öz naləsini,
Camaat eşitdi onun səsini:
"Qovuşdu tənə tən, yetdi cana can,
Aradan yox oldu işgəncə, hicran."
Xosrov məclisində yatan şəкərə
Xoş olsun bu şirin yuxu yüz кərə!
Allaha xoş gələr hər mömin bəndə
Bir dua edərsə bura gələndə.
Desin: tanrım, əfv et o aşiqləri,
Bir cənnətə dönsün onların yeri...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG