Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23

Azərbaycan prezidenti Fransa Konstitusiya Şurasının qərarını alqışlayır


Azərbaycan prezidenti İlham Əliyev Fransa Konstitusiya Şurasının qəbul etdiyi qərarı alqışlayır. Bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir.

Fevralın 28-də Fransa Konstitusiya Şurası «erməni soyqırımı»nı tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanunu ləğv edib.

Prezidentin mətbuat xidmətinin fevralın 29-da yaydığı məlumatda deyilir ki, İ.Əliyev Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir.

«Fransa Konstitusiya Şurasının bu addımı dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsidir» - deyə müraciətdə qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG