Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:14
«Bizim yol» qəzeti «İnək korrupsiyası»nın şok təfərrüatları»ndan yazır.

Yazıda qeyd olunur ki, hökumətin xaricdən mal-qara idxal etməsinə baxmayaraq, son 4 ildə xaricdən süd gətirilməsi 30 faiz artıb.

Qəzet ölkəyə mal-qara idxal edən şirkətlərin tenderi necə udmasında da müxtəlif problemlərin olduğunu yazır:

«İlginc olan 2011-ci ilin sentyabrında dövlət qeydiyyatına alınan şirkətin tenderdə necə qalib gəlməsidir. Yem alınması üçün bu şirkətə 50 min manat pul köçürülüb. «Aqrolizinq»in 3-4 ay fəaliyyətə başlayan bir şirkətə hansı səbəblərdən etibar etməsi maraq kəsb edir…».

««Eurovision»a gələnlər ciblərini doldurub gəlsin...».

«Yeni Müsavat» qəzeti yazır ki, ««Yaxt-klub»dakı gəminin 1 saat kirayəsi 500, 1 pors yemək 100 manatdır…»

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Radikal müxalifət «Eurovision 2012» mahnı yarışmasını siyasiləşdirməyə çalışır».

«Az qala iqlimi də «Eurovision» yarışması ilə əlaqələndirənlərin əsl niyyəti nədir? Əlbəttə ki, bu satqınların cavabı xalqımız tərəfindən hər zaman layiqli şəkildə verilib» - deyə qəzet yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG