Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:12
Bu həftənin başlanğıcında Moskvada rəssam və sənət nəzəriyyəçisi sayılan Eliy Belyutin 86 yaşında dünyadan köçdü.

Bu xəbəri İnterfaks Rusiya Rəssamlar İttifaqına istinadən yayıb.

E. Belyutin vaxtilə Sovetlərin “qeyri-rəsmi sənət” cərəyanının liderlərindən idi.

Bu həmin Belyutindir ki, 1962-ci ilin noyabrında Moskvanın Manej meydanında avanqard rəssamların sərgisini təşkil edib.

Sərgi Rəssamlar İttifaqının Moskva şöbəsinin yaranmasının 30 illiyinə həsr olunmuşdu.

Sərginin açılışında xarici jurnalistlər, hətta Amerika TV-ləri iştirak etmişdi.

Sərginin fəaliyyətindən film də çəkilmiş, bir neçə gün sonra Qərb TV-lərində göstərilmişdi.

Sərgiyə dekabrın 1-də o vaxtkı Sov İKP MK-nın baş katibi Nikita Xruşşov da baxmışdı.

Və sərgiyə baxandan sonra abstrakt sənət yaradanları tənqid atəşinə tutmuşdu. Sərgini bağlamağı əmr etmişdi və bəzi rəssamların fəaliyyətini qadağan etmişdi.

Həmin rəssamların arasında Yulo Sooster və Vladimir Yankelevski də vardı.

Araşdırıcılar 1962-ci ildə açılmış həmin sərgini Xruşşov “ilıqlaşmasının” sonu və ondan sonrakı “durğunluğun” başlanğıcı adlandırırlar.

Onu “Sovetlərin dəmir pərdəsini qaldıran adam” da çağırırlar.

Eliy Belyutin 1925-ci ildə Moskvada doğulub.

Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib.

1954-cü ildə “Ekperimental rəngkarlıq və Qrafika Studiyası”nı yaradıb, orada məşğələlər keçib.

1960-cı illərdə onun əsərləri Fransada sərgilənib.

Avanqard rəssamların Manej meydanındakı sərgisindən sonra Belyutinin qara günləri başlayır.

Onun studiyasının sərgilədiyi əsərləri qadağan edirlər.

Studiyada toplaşan avanqard rəssamlar amansız tənqidə məruz qalır.

Təbii ki, Belyutinin studiyası əlindən alınır və studiya bağ evinə köçəsi olur. Rəssamların yaradıcılığı qapalı və gizli şəkildə davam edir.

Belyutin və dostları bir də son dəfə 1991-ci ildə Manej meydanında sərgi keçirmək imkanı qazanırlar...

1969-cu ildə Belyutin İtaliya Müasir İncəsənət Akademiyasının ”Görkəmli yaradıcılıq nailiyyətlərinə görə və beynəlxalq miqyaslı fəaliyyətinə görə” qızıl medalına layiq görülür. Bir il sonra həmin Akademiyanın üzvü seçilir.

O, uzun illər Avropanın ən qabaqcıl sərgilərinin iştirakçısı olub.
Belyutin bir neçə monoqrafiyanın müəllifidir.

Rəssamla vida mərasimi martın 2-də Botkin xəstəxanasının morqunda olacaq.

Dəfnin harada olacağı dəqiqləşdirilməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG