Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Ermənistanda kitabın "belinə" 20 faizlik vergi yükü qoydular


Yerevan Dövlət Universitetinin tələbələri
Yerevan Dövlət Universitetinin tələbələri
Ermənistanda kitab satışına 20 faizlik əlavə dəyər vergisi (ƏDV) tətbiq edilib.

Beləliklə, artıq kitaba heç bir güzəşt olmayacaq, o, 20 faizlik ƏDV-yə cəlb edilən əksər mal və məhsullara bərabər tutulacaq.

Yanvar ayından tətbiq edilən vergi kitabların bahalaşmasına səbəb olub.

Bəzi naşir və kitab dükanı sahibləri bununla bağlı narazılıqlarını açıq ifadə edirlər.

“Heyeli” (“Güzgü”) mətbuat klubunda düzənlənən tədbirdə “Bürokrat” kitab dükanının rəhbəri Hayk Avanesyan deyib ki, onsuz da elektron kitablarla rəqabət aparmağa məcbur olmuş kağız kitablar satan dükanlar bu vergi ilə daha da acınacaqlı vəziyyətə düşəcək.
Narazılar hətta Facebook-da ayrıca səhifə yaradaraq Ermənistanın baş nazirinə müraciət ediblər.

Onlar deyir ki, 2012-ci ildə Ermənistanın YUNESCO tərəfindən “Dünyanın Kitab Paytaxtı” elan edildiyi bir vaxtda hökumətin kitabın vergi yükünü artırmasının səbəbini anlamırlar.

“Antares” nəşriyyatının rəhbəri Armen Martirosyan isə “Heyeli” press-klubunda düzənlənən tədbirdə deyib: “Kitab mənəvi və mədəni dəyərdir və vergi məsələsində ona güzəşt edilməlidir. Niyə biz özümüzü Azərbaycana oxşadıb kitaba tətbiq edilən vergini qaldırmalıyıq?”

Onun fikrincə, bu məsələdə kitaba güzəştlər edən “ciddi ölkələr” nümunə seçilməlidir.

Son aylar Azərbaycanda da kitab üzərindən 19 faizlik ƏDV-nin götürülməsi üçün bəzi naşir, yazıçı, kitabçılar tərəfindən kampaniya aparılır.

Azərbaycan Yazıçılar Birliyi də həmin təşəbbüsü dəstəkləyərək məsələni müsbət həll etməsi xahişi ilə prezidentə müraciət ünvanlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG