Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:20

Yaralı jurnalisti Livana keçirmək mümkün oldu


Suriyanın Homs şəhərində yaralanmış britaniyalı fotoqraf Paul Conroy-u Livana keçirmək mümkün olub.

Bu barədə jurnalistin işlədiyi “Sunday Times” qəzeti məlumat verib.

Onun vəziyyətinin normal olduğu deyilir.

Bundan qabaq Suriyada iki xarici jurnalist öldürülmüşdü.

Üsyançılar onların hökumət qüvvələrinin top atəşi nəticəsində həlak olduqlarını deyir.

Hökumət qüvvələri Homsu-u bir aya yaxındır ağır artileriyadan atəşə tutur.
XS
SM
MD
LG