Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:02

Fransa Rusiya və Çini yeni qətnaməni dəstəkləməyə çağırıb


Fransa BMT Təhlükəsizlik Şurasının digər 2 üzvü – Rusiya və Çini Suriya ilə bağlı yeni qətnaməni dəstəkləməyə çağırıb.

Qətnamə layihəsində humanitar məqsədlə atəşkəsin elan edilməsi və qarşıdurma baş verən ərzilərə humanitar yardımın çatdırılması haqdadır.

Fransanın xarici işlər naziri Alain Juppe Rusiya və Çinin Suriya ilə bağlı qətnaməyə veto qoymayacağına ümid etdiyini bildirib.

Rusiya və Çin bundan əvvəl BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan və Suriya prezidenti Bashar Assad-ı hakimiyyətdən getməyə çağıran qətnaməyə veto qoymuşdular.
XS
SM
MD
LG