Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:11

AİHM Azərbaycanla bağlı iki iş üzrə qərar açıqlayıb


Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki iş üzrə qərar açıqlayıb. 2005-ci il parlament seçkilərində müstəqil namizəd kimi iştirak etmiş Abbas Musa oğlu Atakişiyevin işini araşdıran məhkəmə ona münasibətdə ədalətli məhkəmə hüququnun pozulduğu qənaətinə gəlib. İddiaçıya dəyən mənəvi ziyana görə 7500 avro, məhkəmə xərcləri üçün 1385 avro ödənməsi barədə qərar qəbul edib.
2005-ci il parlament seçkilərində seçiciləri satın almaq və opponentlərini təhqir etmək iddiası əsasında Abbas Atakişiyevin namizədliyi ləğv olunub.
Avropa Məhkəməsi hazırda Qobustan həbsxanasında ömürlük cəza çəkən 1957-ci il təvəllüdlü Çingiz Paşayevin iddia ərizəsini araşdıraraq ona münasibətdə İnsan haqları Konvensiyasının iki müddəasının pozulması qənaətinə gəlib.
Ömürlük məhkum Çingiz Paşayevin şikayəti 6 il əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilib. Paşayev onun cinayət işinə, habelə keçmiş Bayıl həbsxanasının rəhbərliyinə qarşı vərəmə yoluxma iddiasına baxılması zamanı pozuntulardan şikayət edib.
Məhkəmə hər iki halda İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin pozulduğunu müəyyən edib və məhbusa 4800 avro kompensasiya təyin edib.
XS
SM
MD
LG