Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:29

Ermənistan deputatları Bakıya dəvət edilib


Azay Quliyev
Azay Quliyev
Ermənistan deputatları aprelin 2-4-də Bakıda keçiriləcək Avronest Parlament Assambleyasının sessiyasına dəvət ediliblər.

Bu barədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib.

O, qeyd edib ki, Yerevanda keçirilən Avronestin iclasında erməni deputatlara onların Bakıda təhlükəsizliyinə təminat da verilib:

«Baxmayaraq ki, bu yaxınlarda Avronestin Yerevanda keçirilən iclasında bizim nümayəndə heyətimizi aeroportda qarşılayan olmadı. Əslində bizə deyilmişdi ki, sizi xüsusi xidmət orqanlarının əməkdaşları qarşılayacaqlar. Amma bizi heç kəs qarşılamadı. Axırda özümüz bir hərbiçiyə yaxınlaşıb Azərbaycandan gəldiyimizi bildirdik. O, təəccübləndi, harasa zəng vurdu».

A.Quliyev deyir ki, sonrakı iki gündə Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub:

«Qaldığımız hoteldə otağın qarşısında 24 saat mühafizəçi var idi. Qayıdanda bizi VIP-dən yola saldılar». /Trend/
XS
SM
MD
LG