Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Həştərxanda bina partlayışı nəticəsində 7 nəfər ölüb


Rusiyanın Həştərxan şəhərində 9 mərtəbəli yaşayış binasında güclü partlayış nəticəsində ölənlərin sayı 7-ə çatıb. Daha 3 nəfərin taleyi sual altındadır. Dağıntılar altından 26 nəfəri xilas etmək mümkün olub, 18 yaralı var, onlardan 5-i xəstəxanadadır.

Hadisə ilə bağlı cinayət işi açılıb. Artıq 4 nəfər saxlanıb, onlardan üçü "Astraxanqazservis" açıq səhmdar cəmiyyətinin işçiləri, biri isə mənzil-kommunal istismar idarəsinin direktorudur.

9 mərtəbəli binada qaz partlayışı ötən gün üçüncü mərtəbədəki mənzillərin birində baş verib. Nəticədə binanın bir bloku yerlə yeksan olub. Hadisənin iki səbəbdən ola biləcəyi ehtimal olunur – təmir gedən mənzillərin birində baş verən qaz sızması və ya binanın sakinlərindən birinin özünü öldürmək cəhdi.

Şəhər rəhbərliyinin dediyinə görə, partlayış baş verən binanın sakinləri evlə təmin olunacaqlar, bundan başqa onların hər birinə bir milyon rubl həcmində kompensasiya da veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG