Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Bombardmandan sağ çıxan 116 yaşlı bina yanğından məhv olub

Norveçdə 116 illik tarixi olan bir kilsə yanıb. İkinci dünya müharibəsindən zərər dəymədən çıxan məbəd uşaqların oyunu ucbatından tamamilə yanıb.

Norveçin mərkəzi bölgəsində yerləşən kilsə daha çox tarixi abidə kimi qorunurmuş. Burada gedən təmir işləri başa çatandan sonra kilsə yenidən fəaliyyətə başlayacaqmış.

Lakin bir neçə uşaq burda alışqanla oynayarkən yanğın ortaya çıxıb. Yanğınsöndürənlər gəlib çatana kimi binadan əsər-əlamət qalmayıb. Təkcə yanğından kilsəyə mənsub qiymətli əşyaları çıxartmaq mümkün olub.

Maraqlısı odur ki, kilsə binası ikinci dünya müharibəsi dövründə bombardmanla üzləşib. 1896-cı ildə əsası qoyulan bu bina bombardmanlardan sonra əsaslı təmir olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG