Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:51

Şəxsiyyət vəsiqələrində dəyişiklik


Azərbaycanda şəxsiyyət vəsiqələrində ünvan haqqında informasiya kod şəklində göstəriləcək.

Bu barədə jurnalistlərə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsindən Ramiz Quliyev bildirib.

«Yeni şəxsiyyət vəsiqələrində küçələrin adları əvəzinə onların kodları veriləcək», - Quliyev deyib.

Azərbaycanda ünvan reyestrinin yaradılması çərçivəsində hər bir küçənin, daşınmaz əmlak obyektinin hər bir çıxışının öz nömrəsi olacaq.

Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin tətbiqinə 2014-cü il yanvarın 1-dən başlanacaq. Şəxsiyyət vəsiqəsinə elektron daşıyıcı (çip) yerləşdiriləcək. 2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişilənədək qüvvədə qalır. /Trend/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG