Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:25

Köhnə Günəşlinin dərdləri, «Balkanların ləyaqətli dostu»...


Foto: Arxiv
Foto: Arxiv
KÖHNƏ GÜNƏŞLİNİN TƏZƏ DƏRDLƏRİ

«Bizim yol» qəzeti yazır ki, nə mənzillərdə istilik sistemi var, nə də şəhərə gəlmək üçün marşrutlar. Köhnə Günəşli sakinləri qış aylarında soyuqdan donduqlarını bildirirlər: «Şəraitimiz dözülməzdir. 40 və 69 saylı marşrut avtobuslarının əvvəlki – son dayanacaqlarının bərpa olunmasını istəyirik. Qocalar, qadınlar uşaqlar 700 metr yolu piyada gedərək avtobusa minir, çətinlik çəkirlər…».

İLHAM ƏLİYEV «BALKANLARIN LƏYAQƏTLİ DOSTU» MÜKAFATINA LAYIQ GÖRÜLÜB

«Yeni Azərbaycan» qəzeti yazır ki, bu mükafatı prezidentə Serbiya Olimpiya Komitəsinin sədri, «Ana və Vlade Divats Fondu»nun təsisçisi Vlade Divats təqdim edib. İlham Əliyev bu mükafata Belqraddakı «Taşmaydan» və «Bayraklı» parklarının abadlaşdırılması, Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması, Sarayevo şəhərində «Bakı» küçəsinin və «Dostluq parkının» yenidən qurulması, Belqraddakı Analar və Uşaqlar Ambulatoriyasına, Voyvodinada məskunlaşmış qaçqınlara humanitar yardımın göstərilməsinə və s. xidmətlərinə görə layiq görülüb.

AZƏRBAYCANDA İŞGƏNCƏLƏR İLBƏİL ARTIR

«Azadlıq» qəzeti yazır ki, təkcə ötən il İşgəncələr Əleyhinə Komitəyə 9 ölüm faktı ilə bağlı şikayət daxil olub. Komitənin sədri Elçin Behbudov bildirib ki, müraciətlər arasında polis, prokurorluq orqanları, cəzaçəkmə müəssisələri və hərbi hissələrdən şikayətlər üstünlük təşkil edir. Son 2 ildə Nəqliyyat Departamentinin işçilərinin zorakılığı ilə bağlı şikayətlərin sayı da əhəmiyyətli dərəcədə artıb.

LONDON OLİMPİADASINDA AZƏRBAYCAN MİLLİSİNİN FORMASI

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məşhur italiyalı dizayner, «Ermanno Şervino» şirkətinin baş icraçı direktoru Toni Şervino ilə görüşüb. Görüşdə bu il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan millisinin idman formalarının dizaynı və quruluşu ilə bağlı müzakirə aparılıb:

«Birinci xanım Mehriban Əliyeva Toni Şervinoya tövsiyələrini verərək bildirmişdir ki, bu formalar öz üslubu ilə Azərbaycanın milli koloritini və naxışlarını, dövlət atributlarımızı, bayrağımızdakı rəngləri əks etdirməlidir…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG