Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:32

İranda edam olunanların sayı iki dəfə artıb


Ötən il İranda ölüm hökmü ilə öldürülənlərin sayı 2010-cu illə müqayisədə iki dəfə artıb.

Beynəlxalq hüquq müdafiə təşkilatı olan “Amnesty International”ın yeni hesabatında belə deyilir. Hesabatda bildirilir ki, ötən il İranda edam olunanların sayı 600 nəfərə çatıb, 2010-cu ildə isə bu rəqəm 253 idi.

Təşkilat əməkdaşlarının dediklərinə görə isə, ölüm hökmü ilə cəzalandırılanların real sayı əslində daha çoxdur.

Hesabat müəlliflərinin fikrincə, edamların sayını artırmaqda məqsəd İran hökumətinin əhalinin gözünü qorxutmaq və ölkənə ola biləcək etiraz aksiyalarının qarşısını almağa yönəlmiş strategiyasıdır.
XS
SM
MD
LG