Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:04

Suriyada 144 nəfər öldürülüb


Suriyadan olan hüquq müdafiəçiləri bazaar ertəsi élan ediblər ki, ölkədə 144 nəfər öldürülüb. Amma söhbətin məhz bazar ertəsi və ya son bir neçə gündə öldürülənlərdən getdiyi açıqlanmır.

Bundan əvvəl isə yerli hüquq müdafiəçiləri bildirmişdilər ki, fevralın 27-də hökumətin hərbi qüvvələrinin əhatəsində olan Homs şəhərini tərk etmək istəyən 60-dan çox adam öldürülüb.

Hüquq müdafiəçilərinin şahidlərə və yerli həkimlərə istinadən verdikləri məlumata görə, zorakılıqla öldürülənlərin cəsədləri Homs ətrafındakı iki kənddən tapılıb.

BBC-nin Suriyada olan əməkdaşının isə dediyinə görə, ordu İdlib əyalətinin şimalında əhalinin məskunlaşdığı əraziləri atəşə tutur.

Bu arada Suriya hökumətinin məlumatına görə, bazar günü keçirilən referendumda əhalinin 90 faizindən də çoxu ölkənin konstitusiyasını dəyişməyin lehinə səs verib. Rəsmi məlumata görə seçicilərin 57 faizi səsvermədə iştirak edib.

Müxalifət səsverməni baykot etməyə çağırıb. ABŞ və Avropa Birliyi referendumu “ədəbsiz məzhəkə” adlandırıb.

Bazar ertəsi Avropa Birliyi Suriya prezidenti Bashar Assad rejimi əleyhinə yeni sanksiyaların tətbiqini elan edib.
XS
SM
MD
LG