Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

Yazıçı "Əli və Nino" dükanında "satıcı işləyəcək"


Yazıçı Rəna Yüzbaşı fevralın 29-da Bakıdakı "Əli və Nino" kitab dükanlarının birində "satıcı işləyəcək".

Oxucular kitablarını yazıçının özündən ala bilmək imkanı qazanacaqlar.

Aksiya dənizkənarı bulvarda yerləşən "Park-bulvar" ticarət mərkəzinin 1-ci mərtəbəsindəki "Əli və Nino" dükanında təşkil ediləcək və saat 14 00-dan 17 00-a qədər davam edəcək.

Rəna Yüzbaşı əsərlərini rusca yazır. Bir neçə irihəcmli əsərin müəllifidir. Onun "Skinhed" adlı povesti 2010-cu ildə Moskvada çap edilib.

Povest Moskvada yaşayan Artyom adlı sadə bir oğlandan bəhs edir. O, məktəbi bitirmək üzrədir, hamı kimi adi məktəbdə oxuyur, anasını sevir, qız ilə görüşür, idmanla məşğul olur, problemləri də hamınınkı kimidir. Həmçinin o, "Qırmızı üzük" klubunun üzvüdür. Kluba Müəllim rəhbərlik edir, o Artyomun şüuruna təsir göstərərək, Rusiyanın bütün problemlərinin kökündə "özgələrin", "qafqazlıların" durduğu fikrini yeridir...

Rəna Yüzbaşının "Целая вечность в аду и на минуту больше" povesti 2010-cu ildə Milli Kitab Mükafatının 20-liyinə düşüb.

Bir müddət əvvəl tanınmış detektiv yazarı Çingiz Abdullayev Rəna Yüzbaşı ilə birgə roman yazacağını bildirmişdi.
XS
SM
MD
LG