Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Beynəlxalq Böhran Qrupu: “Azərbaycanda köçkünlərin şəraiti yaxşılaşıb”


Arxiv foto. Füzuli rayonunda məskunlaşan köçkün ailəsi. 2008-ci il.
Arxiv foto. Füzuli rayonunda məskunlaşan köçkün ailəsi. 2008-ci il.
Beynəlxalq Böhran Qrupu Azərbaycanda məcburi köçkünlərin yaşayış şəraitindən bəhs edən yeni hesabatında qeyd edir ki, hökumət bu insanların vəziyyətini xeyli yaxşılaşdırıb. Amma bürokratiya, korrupsiya kimi ciddi problemlər hələ qalmaqdadır.

Fevralın 27-də yayılan sənəddə qeyd edilir ki, son illər neft gəlirləri hesabına Bakı məcburi köçkünlərin çadır düşərgələrindən çıxarılmasına çalışıb. Buna baxmayaraq, problem hələ tam həll edilməyib: “Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayondan zorla qovulmuş 600 000 nəfərə yaxın məcburi köçkününü yaşayış şəraitinə nəzərə salıb.

2004-cü ildən bu yana neft gəlirləri hesabına hökumət köçkünlər ciddi addımlar atıb. Qaçqınların arasında kasıblıq səviyyəsi kəskin enib, hökumət onların səhiyyə, mənzil şəraitlərinin yaxşılaşdırıb.

Buna baxmayaraq, hələ də azı 400 000 köçkün standartdan aşağı şərtlər içərisində yaşayır. Bürokratiya, korrupsiya ciddi problem olaraq qalır. 128 000 köçkün 180 kilometrlik təhlükəli təmas xəttinə yaxın ərazilərdə yaşayır. Onlar birbaşa təhlükə altında yaşayırlar.

Atəşkəs rejimi 1994-cü ildən bəri davam etsə də bu rejimin tez-tez pozulması ilə təxminən 30 nəfərin ölümünə səbəb olur.”

Beynəlxalq Böhran Qrupu hesab edir ki, mülki sakinlərin qorunması üçün Azərbaycan snayperlərin təmas xəttindən geri çəkilməsi barədə ATƏT-in təklifini qəbul etməlidir.
Beynəlxalq Böhran Qrupunun Avropa Proqramlarının direktoru Sabine Freizer
Beynəlxalq Böhran Qrupunun Avropa Proqramlarının direktoru Sabine Freizer

Təşkilatın başqa bir tövsiyəsinə görə hökumət təmas xəttinə yaxın ərazilərdə təhlükəsizlik şəraitini yüksəltmək üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentlik də daxil olmaqla nazirliklər arasında vəzifə bölgüsü aparmalıdır:

“Köçkünlər onların gündəlik həyatlarına dair qərarların qəbulunda söz sahibi olmalıdırlar. Hökumət evlərin tikilməsi, korrupsiya ilə mübarizə prosesinə köçkünlərin özlərini cəlb etməlidir. Eyni zamanda onlar müvəqqəti məskunlaşdıqları ərazilərdə bələdiyyə seçkilərində iştirak edə bilməlidirlər.”

Beynəlxalq Böhran Qrupunun Avropa Proqramlarının direktoru Sabine Freizer bildirir ki, hökumət köçkünlərin şəraitini yaxşılaşdırmaq üçün ciddi addımlar atasa da işğalın davam etməsi regional inkişaf və təhlükəsizliyin təmin olunmasında əsas maneə olaraq qalır.
XS
SM
MD
LG