Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:26
Fevralın 11-də Beverly Hilton otelində qaldığı nömrədə ölü tapılan Whitney Houston-un hayatından film çəkilə bilər.

Bu xəbəri Britaniyanın Dailly Mail qəzeti yayıb.

Xəbərə görə, filmdə Whitney Houston-u canlandıra biləcək namizədlər arasında ünlü müğənnini Rihanna da var.

Houstonun yaxın dostu və prodüseri Clive Davisin sözlərinə görə, film proyekti Whitney hələ sağ ikən gündəmə gəlibmiş və bu fikir onu çox həyəcanlandırıbmış.

Yeri gəlmişkən, “Cangüdən” filmiylə milyonların sevimlisinə çevrilən Houstonun məzarını da indi cangüdənlər qoruyur.

İstinad etdiyimiz qəzet ən sevdiyi zinət əşyaları ilə (dəyəri 450 min dollar) qızıl qapaqlı tabutda (dəyəri 16 min dollar) torpağa tapşırılan ünlü müğənninin məzarını 24 saat iki cancüdənin qoruduğunu yazıb.

Deyilənə görə, ailəsi fanatların onun cəsədini və bəzək əşyalarını xatirə məqsədilə oğurlamasından qorxduğu üçün bu vasitəyə əl atıb.

Xatırladaq ki, Whitney Houston ABŞ-ın Nev Jersey əyalətindəki Fairview qəbiristanlığında dəfn olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG