Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:21

Soljenitsın mükafatının builki qalibi bilindi


Oleq Pavlov

Oleq Pavlov

Sovet repressiya maşınına təslim olmamış məşhur dissident yazar Aleksandr Soljenitsının adını daşıyan mükafatın qalibi bu il nasir Oleq Pavlov olub.

Bu xəbəri İTAR-TASS yayıb.

Qalibin adını yazıçının dul xanımı, həm də onun adını daşıyan fondun direktoru Natalya Soljenitsına élan edib.

Onun sözlərinə görə, münsiflər heyəti mükafatı bu sözlərlə formalaşdıraraq təqdim edib: “Bədii qüvvə və yanğı dolu, həsbi-hal səciyyəli nəsrinə görə; çətin vəziyyətlərlə üzləşən insan varlığının mənasını açmaq yönündə bədii və fəlsəfi axtarışlarına görə”.

Oleq Pavlov 1970-ci ildə Moskvada doğulub.

M.Qorki adına Ədəbiyyat İnstitutunu qiyabi bitirib.

İlk yazısı 1986-cı ildə “Lit.qazeta”da çıxıb.

İlk romanı “Kozyonnaya skazka” 1994-cü ildə “Novıy mir” jurnalında dərc olunub. Bu roman ona şöhrət gətirib.

Onun ən məşhur əsəri isə "Кaraqandinskie devyatinı” povesti olub.

Bu povestə görə yazıçı “Russkiy Buker” mükafatını alıb.

Romandakı hadisələr əvvəlki qüdrətini itirmiş və dağılmaqda olan Sovet İmperiyasında baş verir.

Bir əsgər başqa bir əsgərin tabutunu Qaraqanda vağzalına gedən yolda müşayiət edir. Kitabın pessimist atmosferi var: şəhərin kirli küçələri, morqun qaranlıq dəhlizləri, qatarların ölü sükutlu vaqonları və vodkanın acı dadı...

Kitab ölkənin acı aqibəti fonunda onun insanlarının da keçməli olduqları dolanbac yolları təsvir edir...

Bukerdən sonra mükafatlar bir-birini əvəz edib.

Soljenitsın mükafatının Oleq Pavlova aprelin 26-da elə yazıçının adını daşıyan Rus Mühacirləri Evində veriləcəyi gözlənilir.

Mükafatın ötən ilki laureatı ədəbiyyatşünas Yelena Çukovskaya olub.

Soljenitsın mükafatı 1998-ci ildə təsis edilib.

Mükafatı ötən illərdə alanlar siyahısındaValentin Rasputin, Viktor Astafyev və b. olub.

Mükafat fondu 25 min ABŞ dollarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG