Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:00

Yəmən prezidenti rəsmən getdi


Yəmənə 33 ildən çox rəhbərlik edən Ali Abdullah Saleh bu gün, fevralın 27-də rəsmən istefa verib. Sanaadakı prezident sarayında keçirilən mərasimdə o səlahiyyətlərini yeni seçilən prezident Abdrabuh Mansur Hadiyə təhvil verib. Hadi Salehin dövründə vitse-prezident idi və həftəsonu rəqibsiz girdiyi seçkidə qalib gəlmişdi.

Salehin istefası ABŞ və Ərəb Liqasının təklif elədiyi plana görə baş verib. Yəməndəki toqquşmalara son qoymaq üçün razılaşdırılan plana görə, istefası əvəzində Slaeh və uşaqları toxunulmazlıq əldə ediblər və keçmişdə baş verənlərə görə, məhkəməyə çıxarılmayacaqlar.

Saleh ötən ildən başlanan Ərəb baharı inqilabları nəticəsində hakimiyyətdən gedən 4-cü rejim lideridir.
XS
SM
MD
LG