Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

Rusiyada müxalifətçiləri tutub ruhi xəstəxanaya göndəriblər


Rusiyada Solidarnost müxalifət hərəkatının üzvü dövlət əleyhinə təbliğata görə həbs olunub və psixiatrik xəstəxanaya göndərilib.

Nadezhda Nizovkinanı Bazar günü Moskvada, Qırmızı meydanda əlində “Lyubyanka dağıdılmalıdır” plakatıyla gəldiyinə görə tutublar. Sonradan onu Gannushkin psixiatrik xəstəxanasına yerləşdiriblər və burada məcburi müayinədən keçiriblər.
Lyubyanka keçmiş KQB, indiki Federal Təhlükəsizlik Xidmətinin qeyri-rəsmi adıdır.

Bir neçə gün bundan əvvəl Druqaya Rossiya müxalifət hərəkatının üzvü Vera Lavreshina da tutulub və psixiatrik müayinədən keçirilmişdi.
XS
SM
MD
LG