Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:29

Ruhi xəstələrlə bağlı layihə həyata keçirilir


Azərbaycanda ilk dəfə olaraq ruhi xəstələrin cəmiyyətə adaptasiya olunması üçün işlər aparılacaq.

Bu barədə «Trend»ə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev məlumat verib.

Ruhi xəstələrin psixoloji reabilitasiyası üçün layihə həyata keçiriləcək. Bunun üçün psixoloq, sosioloq, psixiatr, hüquqşünasdan ibarət qruplar yaradılacaq.

Layihənin ilkin olaraq Bakı şəhəri və ətraf ərazilərə aid edilməsi planlaşdırılır.

Azərbaycanda 120 mindən çox ruhi xəstə qeydiyyatdadır.
XS
SM
MD
LG