Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45
“Yanvar ayında 20 Yanvarı, fevralda Xocalını, martda—31 Mart söyqırımını anan xalqın vətəndaşı olmaq çox ağırdır”.

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına Sabunçu rayonundakı 25 saylı köçkün məktəbinin müəllimi Telman Abbasov-Ozanyurd söylədi.

PROQRAMI DİNLƏ

“DƏRDSİZ BÖYÜDÜM—DƏRD BU İMİŞ!”

Onun sözlərinə görə, bu baxımdan azərbaycanlılar nəinki əzmkarlığını artırmalı, həm də düşüncəsini dəyişdirməlidir:

“Xocalı kimi bir faciəni, dərdi yaşamaq - iztirabdan çox qürur və fəxarət hissi verməlidir. Qədim türk kitabələrində bir kəlam var. Deyir, dərdsiz böyüdüm-- dərd bu imiş. Ola bilsin ki, zaman-zaman dərdi bizə unutdurublar. Dərdin rəngi-çaları bəlkə də bizdən aralı düşüb. Amma biz dərddən uzaq düşməmişik”.

ŞƏHİDLƏRDƏN GƏLƏN AZADLIQ EŞQİ...

Telman müəllimin fikrincə, “belə faciələri yaşamaq nə qədər ağrılı olsa da, bütün türk dünyası ilə bu ağrıları birgə çəkməliyik. Dərdi çəkəndə, paylaşanda, o dərdin mahiyyətini dərk edəndə, insanlıq qüruru baş qaldırır. Bu baxımdan həm 20 Yanvar, həm Xocalı şəhidləri, həm 31 Mart qurbanlarının sayəsində bizə çatacaq azadlıq

“Cəbrayılsız yaşamaq verilən ömrü boş kimi yaşamaqdır...Bizə çatacaq ömrü şərəfli keçirmək, o yurdların tarixində düşüncə tərzi qazanmaq və ən azı onu yaşatmaq üçün bir məqam lazımdır”.
eşqinin tamını dadmaq, mənəvi zövqünü dərk etmək bizlərin çiyninə düşür”.

QƏZET TƏSADÜFDƏN YARANMADI

Telman müəllim 2010-cu ildən bəri nəşr etdirdiyi “Yovşan ətri” qəzetinin təsadüfdən yaranmadığını söylədi: ”Təsadüfdən yaranmadı, düşüncədən yarandı. Yovşan ətri qədim Orxon-Yenisey abidələrində olan məqamlardır ki, bizi o yovşanlıqdan gətirib bu günkü qürura çatdırıb. Murad Adcının bir kəlamı var—deyir, türk dünyasında yovşan ətrini hiss etməmisənsə, özünü türk sayma! Bu baxımdan yovşan ətri stressdən kənar, əsəb sakitləşdirici bir duyğudur. Min illərdir türk tarixi—yovşan ətri verir”.

FACEBOOK-A KÖÇDÜK

Qonağımız “Yovşan ətri” adlı bədii-publisistik qəzeti müəyyən vaxt kiçik ölçüdə buraxdığını söylədi: “İnsanları yormamaqçün, oxunuşu asan olsun deyə bu yolu seçdik. Oxucuları yovşanlı dünyaya - sadə, hirssiz, qəzəbsiz dünyaya aparmaq bəzən yerinə düşür. Bir müddətdən sonra “Facebook”da ayrıca səhifə yaratdıq və fəaliyyətimizi davam etdirdik. İndi qəzetdən çox orada işləyirik. Daha geniş oxucu kütləsinə çatmaq üçün, daha düşüncəli insanların fikrinə meydan vermək üçün bu yolu seçdik. Məncə, hazırda tanış olan və hətta olmayan insanlarla da fikir bölüşmək üçün informasiya vasitələrinin xidməti əvəzsizdir. Biz də bu axına qoşulmuşuq”.

TARİX MÜBARİZƏNİ SEVİR

Telman müəllim dərs dediyi şagirdlərdən də danışdı: “Məktəb prosesi ictimai prosesdir.
Bu baxımdan gənc nəslin önündə durmaq, nizamlamaq, onları bu və ya digər dərəcədə təsirləndirmək və ən azından unutmağa qoymamaq böyük xidmətdir. Gücümüz çatan qədər bu yolda çalışırıq. Kütləvi tədbirlər keçiririk. Şagirdləri ekskursiyalara aparırıq. Bax, Xocalıyla bağlı rəsm sərgisi təşkil etdik. Unutmağa haqqımız yoxdur. Çünki unutsaq, bizi bizdən betər unudarlar. Bu baxımdan tarix mübarizəni sevir. Mövlananın bir kəlamı var, deyir—biz oxuq, atan məqsədlə atır. Mübarizədən geri çəkilmək, düşüncəni zamanın axınına vermək qəbahət olardı. Sabahın gözünə elə baxaq ki, sabah bizi qınamasın”.

CƏBRAYILSIZ YAŞAMAQ--BOŞ YAŞAMAQDIR...

Aparıcının :“Cəbrayılsız yaşamaq necə yaşamaqdır”--sualını cavablayan Telman müəllim bunları söylədi: “Cəbrayılsız yaşamaq verilən ömrü boş kimi yaşamaqdır...Bizə çatacaq ömrü şərəfli keçirmək, o yurdların tarixində düşüncə tərzi qazanmaq və ən azı onu yaşatmaq üçün bir məqam lazımdır”.

DÖRD OBANIN TORPAĞINDA BİR GÜL ƏKDİM

Bu yerdə Telman müəllim bir haşiyə çıxdı, evində bir gül əkdiyini də söylədi: “Adını Vətən gülü qoymuşam. Təbrizdən, İstanbuldan və Borçalıdan gətirilmiş torpağı Azərbaycan torpağı ilə qarışdırmışam və gülü bu torpaqda bəsləyirəm. Mən onun adını belə qoymuşam, bəlkə də başqa adı var. Ona xüsusi qulluq edirəm. Ən azından o inama, o düşüncəyə söykənmək həm ağrılı, həm qürurludur”.

VƏTƏN GÜLÜ AÇDIMI?

“Vətən gülü açdımı”—sualına Telman müəllim belə cavab verdi: “İl yarımdır əkilib. Yəqin ki, açar. Hər halda, açar!”

“İz”i tam halda burada dinləyə bilərsiniz.

Günün bütün mövzuları

XS
SM
MD
LG