Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:09

Tacikistanda məktəbdən çox məscid və mədrəsə var


Duşənbə yaxınlığındakı kənd məscidi

Duşənbə yaxınlığındakı kənd məscidi

Tacikistanın Dini İşlər üzrə Komitəsinin sədr müavini Mavlon Mukhtorov deyib ki, ölkədə məktəbdən çox mədrəsə var.

O bildirib ki, rəsmi rəqəblərə görə, 3425 məhəllə, 344 baş, 40 mərkəzi məscid var.
Mavlon Mukhtorov deyib ki, fevralın 16-da onların nazirliyi ölkənin müxtəlif yerlərində daha 45 yeni məscid tikintisinə icazə verilm əsi məsələsinə baxıb.

Tacikistan Təhsil Nazirliyi deyib ki, ölkədə 3 793 məktəb var, onların çoxu ağzınacaq doludur və hətta elə sinif var ki, orda 40-dan artıq şagird oxuyur.

İslam Renessans Partiyasının rəhbəri Hikmatullo Saifullozoad bildirib ki, bundan narahat olmağa ehtiyac yoxdur:

"Adamların həm məktəbə, həm də məscidə ehtiyacı var", -o əlavə edib ki, məktəblər hökumətin qərarı ilə tikilir, məscidlər isə xalqdan gələn ianələr hesabına.
Tacikistan hakimiyyəti ölkədə ekstremal islamçı qrupların genişlənməsindən narahatdır və qeyri-qanuni məscidləri aşkar etməyə çalışır.

2010-cu ildə ölkə əyalətində intiharçı polis şöbəsində bomba partlatmışdı.
Tacikistan hakimiyyəti göstəriş verib ki, xaricdə dini ali məktəblərdə təhsil alan gənclərin geri qayıtsınlar və müvafiq qanuna edilən dəyişikliklə valideynlərin üstünə məsuliyyət qoyulub ki, uşaqların hərəkətinə cavabdehlik daşıyırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG