Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:21

Dünyanın istənilən ölkəsi üçün namaz saatı telefona pulsuz göndərilir

Rusiyada namazın dəqiq vaxtı abunəçinin mobil telefonuna SMS-lə göndərilir. Bu yeniliyi rusiyalı mühəndislər hazırlayıblar. Bunun üçün sadəcə lazımi xidmətə qoşulmaq lazımdır.

Xidməti yaradan kazanlı proqram ustası Almas Sayfutdinov deyir ki, bu layihə kommersiya xarakterli deyil. Məqsəd yalnız müsəlmanlara kömək etməkdir.

“Mən sadəcə Google təqviminə əsaslanan xidmət yaratmışam. Ona görə də müsəlmanın telefonuna göndərilən SMS-lər pulsuzdur”.

Müəyyən saytda qeydiyyatdan keçərək “SMS namaz” xidmətinə abunə olmaq olar. Həm qeydiyyatdan keçmək, həm də abunə üçün hansısa pul tutulmur.

Dünyanın istənilən ölkəsindən bu xidmətə almaq olar. Belə ki, dünyanın istənilən ölkəsindəki saatlar üçün namaz vaxtları müəyyənləşdirilib.

A.Sayfutdinov deyir ki, sayt yeni yaradıldığından, hələlik xidmətdən istifadə edənlərin sayı azdır. Qeydiyyatdan keçənlərin əksəriyyəti Tatarıstan sakinləridir. Rusiyanın digər bölgələri ilə yanaşı, Qazaxıstan, Belorus, Cənubi Koreya, hətta Norveçdən də bu xidməti sifariş edənlər var.

“SMS namaz” xidməti tez-tez ezamiyyətlərdə olanlar, xaricə səfər edənlər üçün daha faydalıdır.

Bundan əvvəl Kazandan olan proqramçılar “Hədis telefonunda” xidmətini təşkil etmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG