Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:08

Daha bir komissarın işi məhkəməyə göndərilib


Bakının Binəqədi rayonunun keçmiş hərbi komissarı Feyzi Ağabəyov və komissarlığın başqa vəzifəli şəxsləri haqda başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İş materialları baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi yaxın günlərdə məhkəmə icraatına veriləcək.

Feyzi Ağabəyov rüşvət almaqda təqsirli bilinir. O, ötən il həbs olunub.

Hazırda Sumqayıtın və Suraxanının sabiq hərbi komissarları - Samir Məmmədovla Təvəkkül Ağayevin, eləcə də daha bir neçə nəfərin işinə məhkəmədə baxılır.

Hərbi prokuror Xanlar Vəliyev deyib ki, ötən il korrupsiya və rüşvətxorluq halları ilə bağlı 84 fakt üzrə cinayət işi başlayıb.

Prezidentin sərəncamı ilə Azərbaycanda artıq hərbi komissarlıqlar ləğv olunub. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG