Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:44
Fevralın 26-da İsrailin Müdafiə Nazirliyindəki mənbələr Azərbaycana pilotsuz təyyarə, zenit-raket qurğuları və hava hücumundan müdafiə sistemlərinin satışına dair müqavilə imzaladıqlarını təsdiqləyiblər.

Müqavilə 1.6 milyard dollar məbləğindədir.

Adının çəkilməsini istəməyən mənbə bildirib ki, müqavilə ilə bağlı danışıqlar çoxdan aparılırdı. Amma bu, heç bir halda İranın nüvə proqramına cavab kimi başa düşülməməlidir.

Ötən ilin sonunda İsrail mediası İsrailin Azərbaycana 60 ədəd pilotsuz təyyarə satması haqda məlumat yaymışdı.

Fevralın əvvəlində İranın Xarici İşlər Nazirliyi Bakını Azərbaycanda İsrail kəşfiyyatının fəaliyyətinə imkan yaratmaqda ittiham etmişdi.

İranla Azərbaycan arasında 600 km-dən çox sərhəd var.

İsrailin Azərbaycana hərbi avadanlıqlar satması ilə bağlı bu xəbər İranın nüvə proqramı ətrafında gərginliyin kritik həddə çatdığı bir vaxta təsadüf edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG