Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

“The Artist” ən yaxşı film nominasiyasında Oskar qazanıb


Rejissor Michel Hazanaviciusun “The Artist” filmi ən yaxşı film nominasiyasında Oskar qazanıb. Hazanavicius “ən yaxşı rejissor işi” nominasiyasının da qalibi olub.

“The Iron Lady” (“Dəmir ledi”) filmində İngiltərənin baş naziri Margaret Thatcheri canlandıran Meryl Streep ən yaxşı qadın rolu nominasiyasında qalib gəlib. Jean Dujardin isə “The Artist” filmindəki obrazı ilə ən yaxşı kişi roluna görə mükafat alıb.

Ən yaxşı xarici film nominasiyasında iranlı rejissor Asghar Farhadinin çəkdiyi “A Separation” filmi Oskar qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG