Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:18

Əfqanıstanda daha 2 aksiyaçı öldürülüb


Bazar günü Əfqanıstanın Kunduz əyalətində daha 2 aksiyaçı öldürülüb.

Kütlə Kunduz şəhərində yürüş keçirərkən polis onun qarşısını alıb.

Aksiyaçıların Kunduzdakı ABŞ bazasına əl qumbarası atması nəticəsində 7 ABŞ əsgəri yaralanıb.

6 gündür ki, Əfqanıstanda kütləvi aksiyalar keçirilir.

Buna səbəb NATO bazasında quranın bir neçə nüsxəsinin yandırılması olub.

Ölkə prezidenti Hamid Karzai sakinləri sakitliyə çağırıb.
XS
SM
MD
LG