Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:37

Qahirədə ABŞ vətəndaşlarının məhkəməsi təxirə salınıb


Qahirə məhkəməsi ABŞ qeyri-hökumət təşkilatları əməkdaşlarının məhkəməsini aprelin 26-dək təxirə salıb.

Vəkillər bunun materiallarla hərtərəfli tanış olmağa imkan yaradacağını deyirlər.

Onlar ölkədə qanunsuz fəaliyyət göstərməkdə ittiham olunurlar.

İttiham olunan 43 nəfərdən təxminən 20-si ABŞ vətəndaşlarıdır.

Onlardan bəziləri Qahirədəki ABŞ səfirliyində gizlənib, ölkədən çıxmaları qadağan edilib.

Misir prokurorluğy ötən ilin dekabrında bir sıra qeyri-hökumət təşkilatlarının ofislərində axtarış aparıb.

Bu təşkilatlar qanunsuz maliyyələşmədə ittiham olunurlar.

Bu ABŞ-la Misir arasındakı münasibətləri korlayıb.
XS
SM
MD
LG