Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:27

Rusiyada kütləvi aksiyalar keçirilib


Bazar günü Moskvada “Böyük Ağ Dairə” adlı vətəndaş aksiyası keçirilib.

Əl-ələ tutumuş aksiyaçılar dairə şəklində birləşiblər və bu o deməkdir ki, aksiyada 30 mindən artıq adam iştirak edib.

Azad seçkilər kampaniyası çərçivəsində keçirilən aksiyada tanınmış müxalifət xadimləri, hüquq müdafiəçiləri, jurnalistlər və ictimai xadimlər də iştirak ediblər.

Həmçinin ölkənin digər şəhərlərində eyni tələblə aksiyalar keçirilib.

Eyni zamanda prezidentliyə namizəd Vladimir Putinin tərəfdarları bu gün Moskvada
“Putin hamını sevir” devizi altında aksiya keçiriblər.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, onlar Ağ dairəni pozmağa cəhd göstərib, yaşlı adamların sinəsindən ağ lentləri qoparmağa başlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG