Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:38

Kabildə 2 amerikalını yerli zabit öldürüb


Şənbə günü Kabildə, daxili işlər nazirliyinin binasında 2 amerikalı müşaviri Əfqanıstan polisi əks kəşviyyat idarəsinin zabiti öldürüb.

İstintaqın əsas versiyası budur.

Xüsusi xidmət idarəsi onun 25 yaşlı Abdul Sabur olduğunu deyir.

İstintaqın gəldiyi nəticəyə görə o amerikalıları güllələdikdən sonra heç bir maneəsiz binanı tərk edib.

Hazırda axtarış gedir.

Onun ölkənin şimalındakı evində axtarış aparılıb,Kabildəki qohumları isə saxlanıb.

Taliban bundan əvvəl bildirib ki, qətlləri onun agenti törədib və bu Quranın yandırılmasına cavab, qisasdır.
XS
SM
MD
LG