Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19
İkinci Dünya Müharibəsində Paris alman işgalı altında olarkən ibrətamiz bir olayın yaşandığı deyilir.

O vaxtlar dünyaca məşhur ispan rəssamı Pablo Pikasso Parisdə yaşayırmış.

Günlərin birində Pikassonun evinə bir Gestapo əsgəri girir.

Xatırladim ki, 1937-ci ildə İspaniyada Vətəndaş Müharibəsi dövründə faşist Almaniyasının Luftwaffe əsgərlərinin Kondor Legionu və faşist İtaliya rejiminin hava qüvvələrinin təyyarələri Bask şəhəri olan Gernikanı bombalamışdı.

3 saat yarım davam edən bombardmanda minlərlə dinc insan həlak olmuşdu...

Bu hadisədən sarsılan Pikasso elə həmin il 33 gün içində indi dünyada məşhur olan “Guernica” tablosunu yaratmışdı.

Hə... demək, Parisdə yaşayan Pikassonun evinə girən gestapoçu bu tablonun qarşısında dayanıb soruşur:

--Bunu sizmi yaratdınız?

Picasso cavab verir:

-- Xeyr…Siz yapatdınız!!!..
XS
SM
MD
LG