Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56

QARA KİTABın işığında - Salam Sarvandan təqdimat (Video)


Cavid Zeynallı

Fevralın 25-də Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında şair Salam Sarvanın yeni kitabının təqdimat mərasimi keçirilib.

“Şeiri sevməyən şair - Salam Sarvan” adlanan kitab “Qanun” nəşriyyatında çapdan çıxıb.

Tədbirə şairin qələm dostları, oxucuları qatılıb Salam Sarvan poeziyasının özəllikləri haqqında fikirlərini bildiriblər: Mahir Qarayev, Əlsəmid Kür, Əsəd Cahangir, Səyyad Aran, Səlim Babullaoğlu, Fəxri Uğurlu, Səfər Alışarlı.

Əsəd Cahangir Salam Sarvanın son dövrlərdə yazdığı sərbəst şeirlərin də gənclərə təsirindən danışıb.

Tədbirdə şair Səlim Babullaoğlu Salam Sarvana ithaf etdiyi şeirini səsləndirib.

Yazıçı-publisist Rafiq Tağının xatirəsini bir dəqiqəlik sükutla yad edən iştirakçılar mərhumun yaxınlarına səbir diləyiblər.

“Şeiri sevməyən şair – Salam Sarvan” kitabında Salam Sarvan haqqında ən ziddiyyətli fikirlər, şeirlərindən nümunələr, Salamla böyük söhbət - şairin 67 suala cavabı, ona ithaf olunmuş şeirlər, “Keçəl Həmzə və Həsən keçəl” ironik düşüncələrindən seçmələr və esselərindən seçmələr toplanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG