Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

Suriyada daha 16 adam öldürülüb


Şənbə günü Suriyada azı 16 adam öldürülüb.

Onlardan 4-ü hökumət qüvvələrinin Homs şəhərində keçirdiyi əməliyyat zamanı, 1 qadın və uşaq da daxil olmaqla 6-ı Aleppo, 6-ı isə Hama əyalətində öldürülüb.

Aleppoda hökumət qoşunlarıyla müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşma olub.

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Suriyanın hökumət və müxaslifət nümayəndələrilə Homs şəhərindən əhalinin köçürülməsini müzakirə edirlər.

İndiyədək şəhərdən 27 adam çıxarılıb.

Tunisdə keçirilən Suriyayla bağlı beynəlxalq konfransda zorakılığı təcili dayandrmağa çağıran bəyannamə qəbul edilib.

Konfransda 60-dan çox ölkənin nümayəndələri iştirak edib.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG