Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:29

Əfqanıstanda daha 3 aksiyaçı öldürülüb


Şənbə günü Əfqanıstanın Kunduz şəhərində etirazçılarla toqquşmada azı 3 adam ölüb.

Bir neçə minlik kütlə BMT-nin şəhərdəki missiyasının binasına hücum edərkən polis küc işlətməli olub.

5 gündür ki, ölkədə NATO qüvvələrinə qarşı kütləvi aksiyalar keçirilir.

Buna səbəb Baqramdakı NATO bazasında Quranın bir neçə nüsxəsi və digər dini ədəbiyyatların yandırılması olub.

Şənbə gbünü həmçinin ölkənin şərqindəki Loxar, Ninqarhar və Laqman əyalətlərində etiraz aksiyaları keçirilib.

1000-ə yaxın adam Laqman əyalətində yerli qubernatorun evinə hücum edib, amma polis hücumun qarşısını alıb.

Cümə günü Əfqanıstanın müxtəlif rayonlarında nümayişçilərlə bağ vermiş toqquşmalarda 11 nəfər ölüb, onlarla adam yaralanıb.

ABŞ prezidenti Barack Obama və NATO komandanlığı Quranın yandırılmasına görə üzr istəyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG