Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:52

Nigeriyada 14 polis öldürülüb


Şənbə günü səhər Nigeriyanın Qombe şəhərində polis bölməsinə edilmiş hücum nəticəsində azı 14 polis ölüb.

Hücum edənlər cəsədlərin hamısını yandırıblar.

Elə həmin silahlı dəstə şəhərdəki həbsxanaya da hücum edib, amma hücumun qarşısı alınıb.

Son aylar Nigeriyada bu cür hücumların sayı artıb.

Adətən bu hücumlara görə cavabdehliyi radikal, islamçı Boko Haram qrupu üzərinə götürür.

Ötən ay bu qrupun Kano şəhərində törətdiyi terror aktlarında 150-dən çox adam ölüb.
XS
SM
MD
LG