Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Əfqanıstanda xarici qüvvələrə qarşı etirazlar davam edir


5-ci gündür ki, Əfqanıstanda NATO qüvvələrinə qarşı kütləvi aksiyalar keçirilir.

Buna səbəb Baqramdakı NATO bazasında Quranın bir neçə nüsxəsi və digər dini ədəbiyyatların yandırılması olub.

Şənbə gbünü ölkənin şərqindəki Loxar, Ninqarhar və Laqman əyalətlərində etiraz aksiyaları keçirilib.

1000-ə yaxın adam Laqman əyalətində yerli qubernatorun evinə hücum edib, amma polis hücumun qarşısını alıb.
İtki və ya xəsarət alanlar barədə məlumat veriulmir.

Cümə günü Əfqanıstanın müxtəlif rayonlarında nümayişçilərlə bağ vermiş toqquşmalarda 11 nəfər ölüb, onlarla adam yaralanıb.

ABŞ prezidenti Barack Obama və NATO komandanlığı Quranın yandırılmasına görə üzr istəyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG