Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:17

ABŞ şərqdə hərbi iştirakını gücləndimək istəyir


ABŞ rəsmiləri İranın Hörmüz boğazını bağlamaq istəməsinə cavab olaraq ölkənin regionda hərbi iştirakını genişləndirmək fikrindədirlər.

Wall Street Journal qəzeti Pentaqon rəsmilərinə istinadla yazır ki, söhbət regiona axtarış, minatəmizləyən və müşahidə aparatları da daxil olmaqla yeni hərbi avadanlıqların atılmasından gedir.

Tehran ona qarşı beynəlxalq sanksiyaların kəskinləşdiriləcəyi halda Hörmüz boğazını bağlamaqla hədələyir.

Dünyada dəniz yolu ilə daşınan neftin 1/3-dən çoxu bu boğazdan keçir.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG