Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:15

Yəmənin yeni prezidenti and içib


Yəmənin yeni prezidenti Abed Rabo Mansur Hadinin andiçmə mərasimi keçirilib.

O bundan əvvəl vitse-prezident idi.

Çərşənbə axşamı keçirilən seçkidə 60 faizdən yuxarı seçici iştirak edib və onların bircə seçimi olub.

Müxalifətlə hakim partiya arasında əldə edilmiş razılaşmaya əsasən ölkəni 2 illlik keçid dövründə Hadi idarə edəcək və bu müddət ərzində yeni konstitusiya hazırlanacaq.

Ötən ilin yanvarındanYəməndə keçirilən kütləvi nümayişlər 33 il idi ki, ölkəni idarə edən keçmiş prezident Ali Abdulla Salehin istefasıyla nəticələndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG