Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:51

«Eurovision»la bağlı 3 məxfi sərəncam, məktəblərdə turniketlər...


Foto: Arxiv
Foto: Arxiv
«Bizim yol» qəzeti ««Eurovision»la bağlı 3 məxfi sərəncam»dan yazır:

«Hökumət pensiya və maaşların artırılması üçün nəzərdə tutulan pulun 50 milyon manatının da «Baku Crystal Hall»a yönəldib».

Qəzet yazır ki, 8 ay ərzində kompleksin inşasına 5 dəfə vəsait ayrılması haqda sərəncam imzalanıb:

«8 ay ərzində bir layihə üçün 5 sərəncam imzalanıb və onun 3-ü məxfi saxlanılıb…».

«İrandakı bəzi dairələrin «narkotik» oyunu da iflasa uğradı». «Yeni Azərbaycan» qəzeti İran mediasında Azərbaycanın Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirliklərinin narkotik qaçaqmalçılarını dəstəkləməsi barədə yayılan məlumatlara toxunur.

Qəzet yazır ki, «Azərbaycanın müvafiq icra strukturları - MTN-in və FHN-nin adının hallandırılması şantaj xarakteri daşıyır…».

Şagirdlərin dərsə davamiyyətini turniket qeydə alacaq. «Ayna» qəzeti yazır ki, Təhsil Nazirliyi «elektron məktəb» (e-School) layihəsi çərçivəsində Bakının orta təhsil müəssisələrində turniketlər quraşdıracaq. Məktəbin girişində qoyulacaq turniketlər davamiyyətə nəzarət edəcək.

İsa Qəmbər
İsa Qəmbər
Qəzet yazır ki, pilot layihə paytaxtın 10 məktəbini əhatə edəcək.

«Azərbaycan hakimiyyətinin yanlış siyasəti sayəsində müttəfiqsiz qalmışıq». Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində Müsavat başqanı İsa Qəmbər deyib.

İsa Qəmbərə görə, «Eurovision-2012» yarışmasının Bakıda keçirilməsi çox gözəldir, bu, Azərbaycana yeni imkanlar verəcək.

İsa Qəmbər mahnı yarışması ərəfəsində müxalifətin aksiyalar keçirib-keçirməyəcəyi məsələsinə də toxunub:

«Biz bu məsələlərdə ultimatumla danışmırıq ki, vicdan məhbusları azad olunmasa, onu edəcəyik, bunu edəcəyik. Bazarlıq da yapmırıq ki, sən vicdan məhbuslarını azad etsən, biz də filan addımları atmayacağıq…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG