Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:16

Rusiyalı ekspert deyir ki, Qarabağın açarı Moskvada deyil


Ekspert Sergey Markedonov
Ekspert Sergey Markedonov
Sergey Markedonov Rusiyanın Siyasi və hərbi araşdırmalar institunun Millətlərarası problemlər şöbəsinin rəhbəridir. Əməkdaşımız Kənan Əliyev onunla Vaşinqtonda söhbət edib, Rusiyanın Qarabağ münaqişəsindəki roluna onun baxışlarını soruşur

AzadlıqRadiosu: Azərbaycan-Rusiya münasibətlərini necə dəyərləndirərdiz? Yaxşı, əla, ya necə? Qısa və sadə...

Markedonov: Qısa və sadə istəyirsizsə - münasibətlər rasionaldır. Burda Gürcüstanla münasibətlərdə müşahidə olunan düşmənçilik yoxdur və heç vaxt da olmayıb. Amma Ermənistanla olan sıx əməkdaşlıq səviyyəsi də yoxdur, mən Ermənistanla hərbi əməkdaşlığı və Avrasiya İtitfaqını nəzrədə tuturam.

AzadlıqRadiosu: Bəs problemlər? Axı kiçik ölkələrin adətən böyük dövlətlərlə problemləri olur?

Markedonov: Əlbəttə var. Məsələn sərhəd xətti ilə bölünən etnik azlıqlar, məsələ həll olunur, amma hələ ki, son həllini tapmayıb.

İkinci məsələ Bakının Moskvanı öz tərəfinə çəkmək istəyidir (Yerevanın da eyni istəyi var). Onu 2 stulda oturub vasitəçi rolunda görmək istəməyən Bakı çalışır ki, Qarabağ məsələsində Moskva ancaq Azərbaycanın tərəfini tutsun. Təbii ki, bu əmələ gələn məsələ deyil. Çünki hər bir ölkənin özünün imkanlar çərçivəsi var. Amma mən bu vəziyyətdə Bakının cəhdlərini başa düşürəm.

AzadlıqRadiosu: «Moskva sizin əvəzinizə problemi həll edə bilməz» kimi bəyanatlara Bakıda inanmırlar. Çoxları hesab edir ki, Moskvanın əlində kifayət qədər Ermənistana təzyiq imkanları var ki, problemi həll etsin. Belə bir ümumi fikir var ki, problemin açarı Moskvadadır.

Markedonov: Belə fikirləşənlər çoxdur. Amma elələri də var ki, açarın Vaşinqtonda olduğunu deyirlər. Tbilisidə də çoxları inanırdı ki, Vaşinqton nəsə edə bilər... Yox, mən hesab edirəm ki, açar real olaraq Yerevanda və Bakıdadır, səmimi deyirəm.

Hazırda biz olduqca vacib bir məsələ qaldırmışıq – münaqişənin tənzimlənməsi deyəndə nəyi nəzərdə tuturuq? Əgər məsələnin həlli ancaq Bakının maraqlarına xidmət edirsə, o zaman Moskva gərək Yerevana təzyiq göstərib həllə nail olsun. Amma Moskva ilə Bakının maraqları 100 faiz üst-üsrə düşmür. 2008-ci ildə Gürcüstanla münasibətləri pozulandan sonra, bu gün Moskvanın vəzifəsi ikinci belə itkiyə yol verməməkdir. Çünki, Moskva de-fakto müstəqilliyini tandığı dövlətləri (Abxaziya və Cənubi Osetiya – red.) çıxmaq şərtilə Gürcüstanı itirdi. Regionda daha bir dövlətin, Ermənistanın və ya Azərbaycanın itirilməsi ağır olardı, 3 ölkədən 2-si ilə qarşılıqlı münasibətlər pozulmuş olardı. Müxtəlif səbələrdən də olsa, Moskva həm Azərbaycanla, həm də Ermənistanla mehriban münasibətləri qorumaq istəyir. Bəs bu 2 dövlət münaqişədədirsə, nə etməli? Odur ki, nə qədər ağır olsa da, belə siyasəti davam etdirmək lazım gəlir.

Azərbaycan Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü (24 iyun 2011)
Azərbaycan Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü (24 iyun 2011)
Bəli, Ermənistan hərbi müttəfiq kimi çox vacibdir. Azərbacan Dağıstan istiqamətində, Xəzər regionunda bizimlə bir qonşu olan dövlət kimi vacibdir. Bu qonşunun Rusiyanın vacib istiqamət saydığı İranla böyük problemləri var. Belə bir qonşu ilə münasibətləri qurmayıb neyləyəsən? Odur ki, bu məsələdə problem ondadır ki, nə Bakının, nə də Yerevanın yedəyində gedərək çalışasan ki, vasitəçi xəttini yürüdəsən. Qarabağ problemi hansısa güzəşt əsasında həll olunmalıdır. Nə Bakı, nə də Yerevan istədiklərinə tam şəkildə nail ola bilməzlər. «Biz necə istəyirik elə də olacaq», «Qalibləri mühakimə etmirlər» deməklə alınmır axı. Belə qərar verilirsə, yeni münaqişələrə səbəb olacaq.

Real, stabil sülh ancaq o zaman mümkün olacaq ki, tərəflər maksimum əldə etmək niyyətində olduqları məqsədlərə yenidən baxsınlar, iddialarının həddini azaltsınlar. Bunun üçün isə onlara vasitəçi lasımdır ki, məsələnin həlli düsturlarını axtarsın.

AzadlıqRadiosu: Bəs Bakı hərbi yolu seçsə?

Markedonov: İnanmıram ki, Bakı belə qərar verə. Bu yolun fəsadları var. Birincisi, ölkədaxili sabitlik pozula bilər. Bir var tribunadan elan edirsən ki, müharibəyə başlayacaqsan, bir də var müharibənin əsl siması – əsgər tabutları, müharibə qurbanları. Müharibə ağırdır.

İlham Əliyevin hərbiçilərlə görüşü
İlham Əliyevin hərbiçilərlə görüşü
Bundan başqa, əgər Azərbaycan hansısa əraziləri və ya bütün Qarabağı nəzarətə götürsə belə, partizan müharibəsi və ya terrozim problemi açıq olaraq qalacaq. Azərbaycan cəmiyyəti buna hazırdırmı? Bu elə bir sualdır ki, bu və ya digər formada hamı özündən soruşur.

Hərbi yol ancaq o zaman uğur gətirə bilər ki, çox sürətlə başa çatdırılır, məsələn Serbia Krainası kimi. İndi istənilən müharibə ancaq hərbi əməliyyatlardan ibarət olmur, informasiya sahəsində də savaş gedir. Azərbaycan hətta Gürcüstandakı vəziyyəti, Qərbin birmənalı dəstəyini əldə edə bilməyəcək. Həm Qərbdə, həm də Moskvada müxtəlif nüfuz dairələri arasında (bu məsələdə - red) parçalanma baş verəcək. Hələ bilmək olmaz ki, Türkiyə bu məsələyə necə reaksiya verəcək. İran bu vəziyyətdən öz xeyrinə necə istifadə edəcək? Bu bataqlığa girmək üçün (Azərbaycan – red.) həddən artıq çox suallara cavab tapmalıdır.

AzadlıqRadiosu: Tərəflər arasındakı silahlanma rəqabəti necə, silah satan Rusiyanın xeyrinə deyil?

Markedonov: Silahlanma rəqabəti ümummiyyətlə maraqlı fenomendir. Çoxları bundan qorxur, amma nə qədər də qəribə səslənsə, onun sabitlik rolu davar. Çünki hansısa düşmənin üstünə gedirsənsə, onun da özün kimi hazırlıqlı olması fikri, səni dönə-dönə fikirləşməyə vadar edir: bu addımı atmağa dəyərmi? Hərbi ssenari ancaq o zaman mümkündür ki, tərəflərdən biri mütləq üstünüyə malikdir. Silahlanma isə tərəflər arasındakı nisbəti saxlayaraq stabilliyin ömrünü uzadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG