Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:34

Saatlı və Sabirabadın bəzi kəndləri polis nəzarətindədir...


Novruzlu kəndinə gedən yolda polis maşını

Novruzlu kəndinə gedən yolda polis maşını

Saatlı rayonun 2, Sabirabad rayonunun isə 5 kəndinin yeganə çıxış qapısı saylan asma körpü fevralın 23-dən polis nəzarətindədir. 2 gündür ki, asma körpüdən keçib gedənlər polislərin sorğu-sualı ilə üzləşirlər.
Novruzlu kəndində bizə bildirdilər ki, körpünün nəzarətə götürülməsi ötən ilki daşqından zərərçəkən sakinlərinin fevralın 24-nə etiraz aksiyası təyin etmələridir.
QEYRİ RƏSMİ FÖVQƏLADƏ VƏZİYYƏT
Körpünün hər iki tərəfində dayanan polislər isə bu qeyri rəsmi «fövqəladə vəziyyət»də qeyri-adi bir şey olmadığını bildirdilər.
Post Patrul Xidməti maşınından bir qədər aralıda dayanan mülki avtomobilin yük yeri polis şitləri dolu idi. Amma Saatlı Rayon Polis İdarəsi rəisinin köməkçisi Əjdər Hüseynov bunda da qeyri-adi bir şey olmadığını bildirdi. Onun deməsinə görə, bir neçə gün əvvəl sakinlərin aksiya keçirmək istəməsi ilə bağlı məlumatlar olub, amma indi hər şey qaydasındadır:
«Öz ərazimizdir, biz sadəcə durmuşuq. Görürsünüz də heç kim yoxdur. Burda elə bir ciddi problem yoxdur».
Novruzlu kənd icra nümayəndəsi Oqtay Zülfüqarov isə kəndə hər hansı narazılığın olmadığını deyir. Körpüdə polis nəzarətinin olmasını da adi qarşılayır:
«Onlar camaatın bu pis günündən istifadə etmək istəyirlər. Kənddə heç bir narazılıq filan yoxdur. Bəzi xaricdən maliyyələşən təşkilatlar var, onlar camaatın bu pis günündən istifadə etmək istəyirlər. Körpü mühüm ərazidir, polisdir gəzir də, orda. Burda nə var ki?»
Amma polislərin və kənd icra nümayəndəsinin dediklərinin əksinə olaraq ətraf kəndlərin sakinləri bu vəziyyəti fevralın 24-nə təyin edilən aksiya ilə əlaqələndirirlər.
Novruzlu kənd sakini Mirabad Rzayevin deyir ki, körpüyə nəzarətlə yanaşı, o daxil olmaqla kəndlərdən adamları polisə çağırıb aksiyaya çıxmamaqla bağlı onlardan yazılı iltizam alıblar:
«Kimsə polisə məlumat verib ki, güya aksiyanın təşkilatçısı və başında duran mənəm. Məni dünən çağırdılar polisə, dedilər güya Bakıdan adamlar dəvət edib kənddə aksiya keirəcəyəm. Məndən yazılı iltizam aldılar. Mənə bölmədə dedilər ki, iltizam verin ki, düz ayın sonuna qədər biz nümayiş etməyəcəyik. Mən də yazdım ki, nümayiş etməmişəm və nə də eləmək fikrində deyiləm. Mən heç bir aksiyanın da təşkilatçısı deyiləm».
«MƏNİM BİR TƏLƏBİM VAR»
Mirabad Rzayevin dediyinə görə, ailələri böyük olsa da, onlara ayrı təsərrüfat olan oğluna verilmiş iki otaqlı evdə yaşamaq təklif olunur. Mirabad Rzayev isə iki otaqlı evdə bir neçə ailənin yaşamasının mümkün olmadığını bildirir. Bu səbəbdən də o hələ də Novruzlu kəndindəki qəzalı evdə yaşayır:
Novruzlu kəndinə gedən yol

Novruzlu kəndinə gedən yol

«Mənim bir tələbim var, mənə ev versinlər. Mənə düşən evi satıb yeyiblər indi mən qalmışam qəzalı evdə».
Kənddə görüşdüyümüz bir neçə ailə də məcburiyyət üzündən qəzalı evlərdə yaşadıqlarını bildirdilər. Novruzlu sakini Mehdi Rzayevin sözlərinə görə, yeni qəsəbədə onlara verilən torpaq sahəsi az olduğundan heyvandarlıqla, əkin-biçinlə məşğul olmaq çətindir.
Deməsinə görə, o və əksər kənd sakinlərinin tələbi odur ki, onlar yeni qəsəbəyə köçəndən sonra köhnə təsərrüfatlarına toxunulmasın. Mehdi Rzayev deyir ki, bu tələblərinə müsbət cavab verilmədiyindən 20-25 ailə yeni qəsəbəyə köçməkdən imtina edib.
Rəsmi qurumlar aksiya keçirmək istəyən Saatlının Novruzlu, Dəllər, Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Muradbəyli, Axtaçı və Naxalıq kənd sakinlərinə söz veriblər ki, fevralın 28-də qapalı yerdə onlarla görüş keçirəcəklər. İndi seldən zərərçəkən sakinlər həmin tarixi gözləyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG