Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48
İllərdir ki, uşaqlar üçün məşhur “Harry Potter” romanlarının müəllifi, milyarder yazar Joan Rowlingin kriminal roman üzərində işlədiyinə dair söz-söhbət gəzir.

Bəziləri isə hətta onun uşaqlar üçün siyasi nağıl, yaxud Potter dünyasının ensiklopediyasını yazdığını da ehtimal edirdi.

Amma fevralın 23-də yazıçı “Harry Potter”dən “çox fərql əsər yazdığını” deyib. Yeni əsərin böyüklər üçün yazıldığı da açıqlanıb.

Əsərin məzmunu və janrı gizli saxlansa da, müəllifin məhz kriminal roman üzərində işlədiyinə dair gümanlar var. Çünki Rowlingin yeni kitabını David Shelley-in redaktə edəcəyi bəlli olub.

Shelley isə ədəbiyyat aləmində kifayət qədər tanınan imzadır. 23 yaşında o, artıq “Allison & Busby”nin nəşr direktoru olub. İndi Shelley naşirdir. Əsasən triller və kriminal romanlar nəşr edir.

Shelley bir çox tanınmış müəlliflərin, məsələn, Billingham, Nelson DeMille, Duncan Falconer və digər yazarların əsərlərinin redaktoru olub.

Bir çoxları Rowlingin triller, kriminal roman yazdığını həm də ona görə düşünür ki, o, redaktor kimi məhz David Shelley-ə müraciət edib.

Hazırda Rowlingin yeni kitabı haqqında bildiyimiz sadəcə odur ki, bu kitab “Harry Potter”dən çox fərqlənir.

Həm müəllif özü, həm də redaktoru Shelley yeni kitab barədə detallı məlumat vermədiyindən, oxuculara yalnız gözləmək və nəticəni öz gözləri ilə görmək qalır.

“Harry Potter”in indiyəcən dünyada 400 milyon nüsxəsi satılıb. Bu seriyadan olan son kitab 2007-ci ildə çap edilib.

"Guardian"ın materialları əsasında hazırladı: Ülkər Akifqızı
XS
SM
MD
LG