Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

Levada Putinin birinci turda qalib gələcəyini deyir



Rusiyadakı sosioloji sorğu mərkəzi olan Levada hesab edir ki, martın 4-də keçiriləcək prezident seçksiidnə elə birinci turda indiki Baş nazir Vladimir Putin qalib gələcək. Mərkəzin rəhbəri Lev Gudkov fevralın 24-də jurnalistlərlə görüşündə deyib ki, Putinin 66 faizə yaxın səs alacağını təxmin edirlər.

Gudkov qeyd edir ki, Putin bu seçkidə hətta birinci turda qələbəsini təmin edə bilsə də onun əvvəlki qədər güclü olacağı az ehtimal edilir:

- Uzaq perspektivdə Putinin öz populyarlığını itirəcəyi qaçılmazdır. Ona görə də indi o, hətta birinci turda qalib gəlsə belə, bu ümumi vəziyyəti dəyişməyəcək. Yaxın gələcəkdə ölkənin daha zəif milli lideri olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG