Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:50
Mədəniyyət və Turizm Nazirliyinin bir dəqiqəlik cizgi filmləri müsabiqəsinə yekun vurulub.

Bu xəbəri Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər.

Məlumata görə, bir dəqiqəlik cizgi filmləri müsabiqəsinə daxil olmuş bütün işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyəti filmlərin bir qisminin reqlamentə uyğun olmadığı qənaətinə gəlib.

Eyni zamanda qeyd olunub ki, iştirakçılar yüksək səviyyəli 5 və ya 10 dəqiqəlik müstəqil cizgi filmi yaratmaq qabiliyyətini nümayiş etdirməyiblər.

Bu səbəbdən nəzərdə tutulmuş mükafatların verilməməsi qərara alınıb.

Eyni zamanda müəyyən maraq doğuran bir neçə filmin müəlliflərini qeyd etmək məqsədilə nazirlik tərəfindən hər biri 500 manat məbləğində 3 həvəsləndirici mükafat təsis edilib və onları müsabiqənin reqlamentinə cavab verən və daha çox bal toplamış işlərin müəlliflərinə vermək qərara alınıb.

Xatırladaq ki, cizgi filmləri müsabiqəsinə ötən ilin payızından start verilmişdi.

İlin sonunda Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov AzadlıqRadiosunun «İz» proqramına müsahibəsində bu sahədə nəsillər arasında ardıcıllığın pozulduğundan gileylənmişdi:

«Cizgi kinosuna yeni nəfəs, yeni qüvvələr, yeni adlar lazımdır»--söyləmişdi.

Yusif Şeyxov qaliblərə 5 dəqiqəlik (2-ci yer) və 10 dəqiqəlik (1-ci yer) cizgi filmi çəkmək imkanı veriləcəyini də bildirmişdi.

Cizgi filmlərinin dövlət hesabına çəkiləcəyi nəzərdə tutulurdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG